Həyat yoldaşını öldürən şəxsə ağır cəza verilməsi istənilib

Həyat yoldaşını öldürən şəxsə ağır cəza verilməsi istənilib Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib
Hadisə
28 Sentyabr , 2016 12:05
Həyat yoldaşını öldürən şəxsə ağır cəza verilməsi istənilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayət Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Famil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında F.Əhmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, F.Əhmədov həyat yoldaşını öldürüb. O, Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi