Yuxarı

Həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub
O, 4 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hacıbala Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında H.Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, H.Məmmədov ötən il həyat yoldaşı Ülkər Şıxəliyevanı ailə münaqişəsi zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra həbs edilən H.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş Ü.Şıxəliyeva məhkəmədən ərinə bəraət verilməsini xahiş edib. O, H.Məmmədovla barışdıqlarını söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi