Yuxarı

Həyat yoldaşını avtobusda qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Namiq Həzi oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə N.Məmmədova hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F.Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib. F.Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

N.Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümu mi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi