Yuxarı
    Bağlamaq

    Hətəmpaşanın yaşadığı mənzilin sahibi: "Onu qadın bilirdim"

    O, hadisədən bir neçə ay əvvəl mənim evimə gəldi

    Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahlar Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    "Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hadisənin baş verdiyi mənzilin sahibi ifadə verib: "Ayla Dəmirova mənim evimdə kirayədə qalırdı. O, hadisədən bir neçə ay əvvəl mənim evimə gəldi. Ayla mənə gözəllik salonunda işlədiyini və ailəlikcə mənzildə qalmaq istədiyini dedi. Onu qadın kimi tanımışam, transseksual olduğunu bilmirdim. Daha sonra polis sahə müvəkkili mənə dedi ki, "onu tanıyırsanmı?!" Ayla Dəmirovanı evdən çıxarırdım. Bu haqda özlərinə də bildirdim. Ayın sonunu gözləyirdim. Lakin məlum hadisə baş verdi".

    Məhkəmə fevralın 9-da davam etdiriləcək.

    Qeyd edək ki, hadisə 2015-ci ildə Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov, 26 ünvanında baş verib. 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı evində qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib.
    Ş.Əliyev Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunur.

    Xatırladaq ki, qətlə yetirilən A.Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi