"Hətəmpaşa"nın tanışlarından hədə-qorxu ilə pul alan sabiq polisin apellyasiya şikayəti təmin edilməyib

"Hətəmpaşa"nın tanışlarından hədə-qorxu ilə pul alan sabiq polisin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
1 Aprel , 2017 12:19
Hətəmpaşanın tanışlarından hədə-qorxu ilə pul alan sabiq polisin apellyasiya şikayəti təmin edilməyib
Courtesy İmage

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Zamir Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçən prosesdə qərar elan olunub.

Qərara əsasən, Z.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Z.Hüseynov Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.

İttihama əsasən, 1980-ci il təvəllüdlü Z.Hüseynov həbs olunana kimi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyib. Həmin vaxt o, Dəmirova Ayla Altay qızının ("Hətəmpaşa") qəsdən öldürülməsi faktı üzrə Səbail Rayon Prokurorluğunda Şahlar Əliyev haqqında Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə araşdırma aparıb. Z.Hüseynov 29 iyun 2015-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar qətlə yetirilən A.Dəmirovanın istifadəsində olmuş mobil telefonun yaddaşındakı nömrələrə baxış keçirib.

O, "Hətəmpaşa" ilə telefonda danışan və onunla görüşən kişiləri polis bölməsinə çağırıb, xidməti otağında onlara hədə-qorxu gələrək külli miqdarda pul alıb. Cinayət işi üzrə 10-dan çox zərərçəkən olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Orphus sistemi