Heroini alt paltarına hopdurub təcridxanaya keçirmək istəyən şəxs tutulub

Heroini alt paltarına hopdurub təcridxanaya keçirmək istəyən şəxs tutulub Bakı. 22 iyun. REPORT.AZ/ Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
22 İyun , 2018 15:44
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Quliyev Ramil Sabir oğluna tanışı Ağdam rayon sakini Xəlilov İlqar Çoban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan 2 ədəd alt paltarına xüsusi üsulla hopdurulmuş 0,487 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi