Yuxarı

​Hərbi Prokurorluğun 3 işçisi intizam məsuliyyətinə cəlb olunub

Hərbi prokurorun əmri ilə 5 işçi vəzifəsində irəli çəkilib

Bakı. 26 iyul. REPORT.AZ/ Bu ilin ilk 6 ayında Azərbaycan Hərbi Prokurorluğunun vəzifə borclarını layiqincə yerinə yetirən 13 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, xidməti fəaliyyətlərində fərqlənmiş 19 əməkdaş baş prokurorun, 27 əməkdaş isə hərbi prokurorun əmri ilə həvəsləndirilib. Hərbi prokurorun əmri ilə 5 işçi vəzifəsində irəli çəkilib, 3 işçi intizam məsuliyyətinə cəlb olunub. Hərbi Prokurorluğun 34 əməkdaşı isə müxtəlif medallarla təltif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi