Hərbi Prokurorluğa ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb

Hərbi Prokurorluğa ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin olunub. 2021-ci illə müqayisədə 2022-ci ildə ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb. Bu da vətəndaş məmnunl
Hadisə
23 Yanvar , 2023 15:02
Hərbi Prokurorluğa ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb

Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin olunub. 2021-ci illə müqayisədə 2022-ci ildə ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb. Bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır.

"Report" xəbər verir ki, bunu Hərbi Prokurorluqda keçirilmiş kollegiya iclasında Baş prokurorun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, bundan başqa, şəxsi qəbulların sayı 15,7 faiz artıb. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlətimizin başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara ciddi əməl edilməsi tələb olunub.

Son xəbərlər

Orphus sistemi