Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bundan başqa, "Samur" gömrük postunun idxal-nəzarət xəttinə Rusiya istiqamətindən daxil olan "DAF" markalı yük maşının "Belomorkanal" markalı papiroslar aşkarlanıb. Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirən gömrükçülər, nəqliyyat vasitəsinin oturacağının altında, ön panelin və taxoqrafın arxasında ümumilikdə 50 qutu "Belomorkanal" markalı papirosların gizlədildiyini müəyyən ediblər.
Hər iki faktla bağlı araşdırma aparılır.