Həmyerlisini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Həmyerlisini qətlə yetirən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib
Hadisə
21 Dekabr , 2015 12:32
Həmyerlisini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini bıçaqlayan Müseyib Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul aynın 10-da Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində həmyerlisi Şamil Kərimova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Nəticədə Ş.Kərimov hadisə yerində ölüb. Sabunçu rayonu 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov tutulub.

Son xəbərlər

Orphus sistemi