Həmyaşıdını bıçaqlayan keçmiş məhkumun məhkəməsi başlayır

Həmyaşıdını bıçaqlayan keçmiş məhkumun məhkəməsi başlayır Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Seymur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
21 May , 2020 09:56
Həmyaşıdını bıçaqlayan keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Seymur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Binə qəsəbəsində baş verib.

Binə qəsəbə sakini, 1996-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Məmmədov Seymur Nizami oğlu qəsəbənin Mirzəyev küçəsi ev 4-də yaşayan, 1996-cı il təvəllüdlü Atakişiyev Mahir Əlixan oğlunun evinə gələrək qısqanclıq zəminində mübahisə edib.

Mübahisə nəticəsində S.Məmmədov üzərində gəzdirdiyi bıçaqla M.Atakişiyevə zərbə endirib.

Ona Cinayət Məcəlləsinin 126.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi