Yevlaxda həmkəndlisinə xəsarət yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Yevlaxda həmkəndlisinə xəsarət yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib Yevlaxda həmkəndlisinə xəsarət yetirməkdə təqsirləndirilən Zəkəriyyə Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
13 İyun , 2019 09:35
Yevlaxda həmkəndlisinə xəsarət yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib

Yevlaxda həmkəndlisinə xəsarət yetirməkdə təqsirləndirilən Zəkəriyyə Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırılan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin icraatına verilən iş üzrə hazırlıq iclası iyunun 25-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu il fevralın 26-sı axşam saat 10 radələrində Yevlax rayonu Yuxarı Qarxun kəndi ərazisində baş verib.

Kənd sakini Elnur Məmmədov kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Yevlax Rayon Polis Şöbəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Zəkəriyyə Kərimov saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Z.Kərimova Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi