Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Hadisə
  • 13 iyun, 2022
  • 06:26
Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, iyunun 11-12-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.