Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Hadisə
  • 06 fevral, 2023
  • 05:52
Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, fevralın 4-5-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.