Həftəsonu daha 8 koronavirus xəstəsi saxlanılıb

Həftəsonu daha 8 koronavirus xəstəsi saxlanılıb Sentyabrın 18-19-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Hadisə
20 Sentyabr , 2021 12:32
Həftəsonu daha 8 koronavirus xəstəsi saxlanılıb

Sentyabrın 18-19-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi