Həbsxanada məhkumu öldürən şəxsə hökm oxunub

Həbsxanada məhkumu öldürən şəxsə hökm oxunub Qətldə təqsirləndirilən Famil Hüseynovun cinayət işi üzrə məhkəməsi başa çatıb
Hadisə
17 Mart , 2016 16:37
Həbsxanada məhkumu öldürən şəxsə hökm oxunub

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Famil Hüseynovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Hüseynov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ildə Pentensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib. Müəssisədə cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə olub. Nəticədə F.Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H.Əliyevi vurub. H.Əliyev aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi