Həbsdəki qardaşına əncir mürəbbəsinin içində heroin gətirən bacı saxlanılıb

Həbsdəki qardaşına əncir mürəbbəsinin içində heroin gətirən bacı saxlanılıb Ondan çəkisi 1.168 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb
Hadisə
17 Aprel , 2017 20:05
Həbsdəki qardaşına əncir mürəbbəsinin içində heroin gətirən bacı saxlanılıb

Bakı. 17 aprel. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, həbs edilmiş şəxs Ağaverdiyev Maksud Eldar oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı Bakı şəhər sakini Bayramova Lamiyə Eldar qızının üstünə və əşyalarına baxış keçirilən zaman gətirdiyi sovqatdakı əncir mürəbbəsinin içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 1.168 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi