Həbsdəki oğluna narkotik keçirmək istəyən şəxsin məhkəməsi başlayır

Həbsdəki oğluna narkotik keçirmək istəyən şəxsin məhkəməsi başlayır Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alan oğluna narkotik maddə keçirmək istəyən Ramiz Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
30 Dekabr , 2019 19:55
Həbsdəki oğluna narkotik keçirmək istəyən şəxsin məhkəməsi başlayır

Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alan oğluna narkotik maddə keçirmək istəyən Ramiz Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin icraatına verilən iş üzrə hazırlıq iclası 2020-ci il yanvarın 13-də keçiriləcək.

Qeyd edək ki, R.Bədəlov bu ilin iyul ayında külli miqdarda narkotik satışna cəhddə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilən oğlu Əhməd Bədəlov ilə qısamüddətli görüşə gəlib.

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun müalicə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.

Belə ki, Bakı şəhər sakini Bədəlov Ramiz Xadmetulla oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan “Head & Shoulders” markalı saç şampununun içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd bükülüdə 0,923 qram marixuana və 0,728 qram heroin aşkar edilib.

Ona CM-in 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi