Həbsdə olan şəxsdən silah götürüldü

Həbsdə olan şəxsdən silah götürüldü Göygöl rayon sakinində silah aşkarlanıb.
Hadisə
1 Aprel , 2020 12:02
Həbsdə olan şəxsdən silah götürüldü

Göygöl rayon sakinində silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, hazırda Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələrinə əsasən təqsirli şəxs qismində saxlanılan Ə.Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Göygöl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Göygöl rayonunun Qızılqaya qəsəbəsi ərazisində gizlətdiyi tapança və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi