Həbsdə olan ruhaninin oğlu tutulub

Həbsdə olan ruhaninin oğlu tutulub Masallı rayonunda kompüter oyun salonundan oğurluq edən şəxslər saxlanılıblar.
Hadisə
15 Aprel , 2019 18:20
Həbsdə olan ruhaninin oğlu tutulub

Masallı rayonunda kompüter oyun salonundan oğurluq edən şəxslər saxlanılıblar.

"Report"un Cənub mərkəzinin məlumata görə, hadisə bu ilin fevral ayında törədilsə də, oğurluğun üstü indi açılıb. 

Masallı rayon Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər - Masallı şəhəri, Rufulla Axundov küçəsi, ev 14 ünvanında yaşayan Mehti Sərdar oğlu Babayev və Nəriman Nərimanov küçəsi, ev 23 ünvanında yaşayan Mehti Qüdrət oğlu İsmayılzadə saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxslər fevralın 8-də gecə saat 03 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Masallı şəhəri, Mir İbrahim xan Talışxanov küçəsi, 46 ünvanında yerləşən Masallı şəhəri, M.Əzbəyov küçəsi, ev 10 ünvanında qeydiyyatda olan Cəbrayıl Rizvan oğlu İsmayılova məxsus komputer salonuna qanunsuz daxil olublar. Oradan hər biri 1000 manat dəyərində 2 ədəd kompüter proyektorunu, bir ədədi 800 manat, digəri 700 manat dəyərində 2 ədəd televizoru, 6 ədəd hər biri 350 manat dəyərində “Playstation 3” oyun aparatını, 1 ədəd 800 manat dəyərində “Playstation 4” oyun aparatını və hər biri 25 manat dəyərində 30 ədəd oyun pultunu gizli yolla talayaraq oğurlamaqla C.İsmayılova, ümumilikdə, 7150 manat ziyan vurublar.

Qeyd edək ki, saxlanılan Mehti Sərdar oğlu Babayev hazırda həbsdə olan və Masallı rayonunda "Şeyx Sərdar" kimi tanınan Şeyx Sərdar Hacıhəsənlinin oğludur.

Saxlanılan şəxslər Masallı Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4 cü maddələri ilə təqsirləndirilərək barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi