Həbsdə olan baş redaktorun daha bir məhkəməsi başlayıb

Həbsdə olan baş redaktorun daha bir məhkəməsi başlayıb Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əsədov, Vüsal Hüseynov, Samirə Nəsibova, Elman Xəlilov, Anar Abıyev və Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
31 İyul , 2018 14:56
Həbsdə olan baş redaktorun daha bir məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əsədov, Vüsal Hüseynov, Samirə Nəsibova, Elman Xəlilov, Anar Abıyev və Mehdi Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, həmin şəxslərdən A.Abıyev və M.Mehdiyevin barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib və azadlıqdadırlar.

E.Əsədov daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşayıb. 2015-ci ildə isə azadlığa çıxıb.

Digər təqsirləndirilən V.Hüseynov da daha əvvəl dələduzluğa görə məhkumluq həyatı yaşayıb.

Hazırda ev dustaqlığında olan A.Abıyev də dələduzluqda ittiham edilərək həbs edilib və 2013-cü ildə azadlığa buraxılıb.

İş üzrə 37 nəfər zərərçəkmiş var. Onlar təqsirləndirilən şəxslərə işə düzəlmək və digər məqsədlərlə pul veriblər.

Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərdən S.Nəsibova "Ata yolu" qəzetinin baş redaktoru olub.

S.Nəsirova bir neçə nəfəri işə düzəltmək adı ilə aldadaraq, onalara dələduzluq edib. Onun işi üzrə 29 nəfər zərərçəkmiş tanınıb.

S.Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilərək, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Nəsirova həbs edilməmişdən bir neçə ay əvvəl evindən 48 min dollar və qızıllarının oğurlandığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi