Həbsdə bir ayağı amputasiya olunan şirkət rəhbərinə hökm oxunub

Həbsdə bir ayağı amputasiya olunan şirkət rəhbərinə hökm oxunub O, 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 Oktyabr , 2018 17:18
Həbsdə bir ayağı amputasiya olunan şirkət rəhbərinə hökm oxunub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Elçin Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında E.Babayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, E.Babayev “Ulduz-S” MMC-nin rəhbəridir. O, "Yeni Yasamal" MTK-ya lift aparacağını vəd edib. Bu məqsədlə şirkətdən külli miqdarda pul alsa da, sonradan verdiyi vədinə əməl etməyib.

E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Məhkəmədə məlum olub ki, şəkər xəstəliyindən əziyyət çəkən E.Babayevin sağ ayağı amputasiya olunub.

Son xəbərlər

Orphus sistemi