Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib

Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib Bakı. 16 yanvar. REPORT.AZ/ “Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir”.
Hadisə
16 Yanvar , 2019 15:25
Hava şəraiti ilə bağlı yol polisi sürücülərə müraciət edib
0 : 00
0 : 00

Bakı. 16 yanvar. REPORT.AZ/ “Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir”.

Bunu “Report”a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, hava şəraitindən aslı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir: “Hava şəraiti ilə əlaqədar yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün qədər yol hərəkəti qaydalarına əməl etmək, nizam-intizamlı olmaq lazımdır”.

V.Əsədov piyadalara da müraciət edərək qeyd edib ki, onlar xüsusi olaraq piyadalar üçün ayrılan zolaqla hərəkət etməlidirlər: “Piyadalar bütün təhlükəsizlik qaydalara riayət etməlidirlər”.

DYP sözcüsü onu da bildirib ki, yol polisi gücləndirilmiş iş rejimində çalışacaq: “Enişli, yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürüləcək. Yol birləşmələrində hərəkəti nizamlamaq üçün əməkdaşlarımız nizamlayıcı qismində olacaq. Ona görə sürücülər nizamlayıcının hərəkətlərinə diqqət yetirməlidirlər”.

Səlcuq Elçin

Son xəbərlər

Orphus sistemi