Rusiyadan ölkəyə xeyli miqdarda papirosların gətirilməsinin qarşısı alınıb

Rusiyadan ölkəyə xeyli miqdarda papirosların gətirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən Samur gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi Mercedes Benz markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
5 İyul , 2019 14:58
Rusiyadan ölkəyə xeyli miqdarda papirosların gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 5425 ədəd "Belomorkanal" markalı papiroslar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi