Azərbaycanda hamilə qadın dəm qazından boğularaq ölüb - FOTO

Azərbaycanda hamilə qadın dəm qazından boğularaq ölüb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Dekabr , 2015 16:05
Azərbaycanda hamilə qadın dəm qazından boğularaq ölüb - FOTO

Bakı. 21 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda 7 aylıq hamilə qadın dəm qazından boğularaq ölüb. "Report"un məlumatına görə, hadisə rayonun Şağlaküçə kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, 23 yaşlı Talihə Yüləd qızı Tağıyeva hamamda çimərkən qazdan zəhərlənib.
T.Tağıyeva təcili və təxirəsalınmaz tibbi yardım maşını ilə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. T.Tağıyevanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. 

Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi