Sabirabadda polisə zor tətbiq etməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Sabirabadda polisə zor tətbiq etməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Ötən il noyabrın 30-da Sabirabad rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərərək xuliqanlıq hərəkətləri edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlan
Hadisə
20 İyun , 2024 15:32
Sabirabadda polisə zor tətbiq etməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Sabirabad rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərərək xuliqanlıq hərəkətləri edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, rayonun Moranlı kənd sakinləri Rizvan və Ruslan Mansurovların qeyd olunan tarixdə sonuncuya məxsus çayxanada qumar oyunlarının təşkil edilməsini aşkar etmiş xidməti vəzifələrini yerinə yetirən Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərmək və bir qrup şəxs halında xuliqanlıq hərəkətləri etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bildirilib ki, toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Rizvan və Ruslan Mansurovlara Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi