Sosial şəbəkələrdə haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1996-cı il təvəllüdlü İsmayıl Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalarla müəyyən edilib ki, o saxta haker səhifələr vasitəsilə “mesajları əldə etmə”, “telefon dinləmə” “sosial şəbəkə hesablarının sındırılması”, “kiber xidmətlərin təşkili” adı altında 14 fakt üzrə qadınların müxtəlif məblə]lərdə pul vəsaitini talayaraq mənimsəyib. Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.