Ağstafada yanğın zamanı xəsarət alan qadın ölüb - YENİLƏNİB

Ağstafada yanğın zamanı xəsarət alan qadın ölüb - YENİLƏNİB Ağstafa. 20 yanvar. REPORT.AZ/ Ağstafa rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.
Hadisə
20 Yanvar , 2019 22:36
Ağstafada yanğın zamanı xəsarət alan qadın ölüb - YENİLƏNİB

Ağstafa. 20 yanvar. REPORT.AZ/ Ağstafa rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Üç ailənin yaşadığı 1 mərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alan 1960-cı il təvəllüdlü Natalya Əhmədəliyeva Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.


***13:31

Ağstafa. 20 yanvar. REPORT.AZ/ Ağstafa rayonunda yaşayış binasında xəsarətlə nəticələnən yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Poylu kəndində, 3 ailənin yaşadığı birmərtəbəli binada qeydə alınıb.

Hadisə zamanı 2 nəfər, 1960-cı il təvəllüdlü Nataliya Əhmədəliyeva və onun qonşusu, 1969-cu il təvəllüdlü Azər Mirzəyev müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. N.Əhmədəliyevanın vəziyyəti ağır olduğundan o, Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriləcək.

Yanğının başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi