Yuxarı

​Paytaxt və bölgələrdə yanğın hadisələri baş verib

Hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunub

Bakı. 25 mart. REPORT.AZ/ Bu gün günorta saatlarında Bakıda və bölgələrdə bir neçə yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtda yanğın hadisəsi Qaradağ rayonu ərazisində qeydə alınıb.

Burada vətəndaşa məxsus 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Digər hadisə Zaqatala rayonunun Əli Bayramlı kəndində vətəndaşa məxsus ikimərtəbəli 11 otaqlı evin ikinci mərtəbəsində baş verib. Hadisə nəticəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Ağstafa şəhərində isə vətəndaşa məxsus birmərtəbəli 3 otaq, aynəbənddən ibarət evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün hallarda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi