Yuxarı

​Bakıda avtomobil təmiri sexində yanğın olub

Hadisə nəticəsində iki maşın zərər çəkib

Bakı. 28 aprel. REPORT.AZ/ Axşam saatlarında Bakının Nəsimi rayonunda avtomobil təmiri sexinin ərazisində yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin banında 1 ədəd elektrik generatoru və kompressorun yanar hissələri yanıb, yüksək temperaturdan yaxınlıqdakı istifadə olunmayan konteynerin qapısı və sahibi məlum olmayan "Daewoo" markalı sərnişin avtobusunun qabaq sağ tərəf hissəsi əriyib.

Yanğından yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər mühafizə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi