Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı üçə çatıb, dörd nəfər xəsarət alıb
“Report”un Aran bürosunun məlumatına görə, yanvarın 2-də rayonda baş verən zəncirvari qəza nəticəsində 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı və 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində baş verən zəncirvari qəzada yeddi nəfər yaralanıb. Onlardan artıq üçü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda “VAZ-2107” markalı avtomobilin “Mercedes” markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılması nəticəsində bir nəfər ölüb.
“Report”un Aran bürosu məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Sabirabad rayon sakini, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı həmçinin 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov və Elvin Sarıyev xəsarət alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda baş verən yol qəzasında yaralıların sayı 7 nəfərə çatıb.
Bu barədə “Report”un Aran bürosu məlumat verib.
Qəza nəticəsində Sabirabad rayon sakinləri 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov və Elvin Sarıyev xəsarət alıblar.
Hacıqabulda yol qəzası baş verib, beş nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında Qədirxum istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil “Mercedes” markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Qəza nəticəsində Sabirabad rayon sakinləri, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu, 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.