Hacıqabulda Türkiyə vətəndaşı qəza törətdi, xəsarət alanlar var - VİDEO

Hacıqabulda Türkiyə vətəndaşı qəza törətdi, xəsarət alanlar var - VİDEO Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub
Hadisə
28 İyun , 2021 19:28
Hacıqabulda Türkiyə vətəndaşı qəza törətdi, xəsarət alanlar var - VİDEO

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə Respublikası vətəndaşının (ad və soyadı dəqiqləşdirilir-red) idarə etdiyi TIR yük maşını Ağsu sakini, 50 yaşlı sürücü Həsənov Əmrah Polad oğlunun idarə etdiyi "Qazel" markalı avtomobilə arxadan çırpılıb. Nəticədə "Qazel" yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və onun sərnişini, 65 yaşlı Şamaxı sakini Rəfiyev Vəkalət Ənvər oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi