Hacıqabulda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB

Hacıqabulda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
4 İyul , 2019 22:37
Hacıqabulda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb - YENİLƏNİB
Foto: "Report"

Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza zamanı Bakı şəhər sakinləri, bir ailənin üzvləri - 1982-ci il təvəllüdlü Qasımova Ülkər Zahir qızı, 2009-cu il təvəllüdlü Qasımova Məleykə Bayram qızı və 2005-ci il təvəllüdlü Qasımov Nurlan Bayram oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 21:23

Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Nəvahı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.  Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırlıb.

Son xəbərlər

Orphus sistemi