Hacıqabulda yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Hacıqabulda yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb Hacıqabulda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
288
30 İyul , 2021 18:30
Hacıqabulda yol qəzasında 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Hacıqabulda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zeyəddin oğlu hadisə yerində dünyasını dəyişib.

Sürücünün avtomobildə olan övladları - 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Qocayeva Pərvin Qabil qızı və 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, “Hyundai”nin sürücüsü, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi