Hacıqabulda yol qəzası olub, yaralananlar var

Hacıqabulda yol qəzası olub, yaralananlar var Hacıqabul rayonunda xəsarətlə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
Hadisə
4107
22 Avqust , 2020 16:36
 Hacıqabulda yol qəzası olub, yaralananlar var

Hacıqabul rayonunda xəsarətlə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı-Qazax magistral yolunun Pirsaat kəndiərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində Göyçay rayon sakini, 1969-cu il təvəllüdlü Əliyev Zəfər Məhəmməd oğlu, Füzuli Rayon sakini, 1974-cü il təvəllüdlü Nəsirov Mətləb Bəhruz oğlu və hələlik şəxsiyyətləri müəyyən olunmayan daha 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi