Hacıqabulda yol qəzası nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub

Hacıqabulda yol qəzası nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub Hacıqabul. 31 iyul. REPORT.AZ/ Hacıqabul rayonunda yük avtomobili ilə minik maşının toqquşması nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub.
Hadisə
31 İyul , 2018 20:51
Hacıqabulda yol qəzası nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub

Hacıqabul. 31 iyul. REPORT.AZ/ Hacıqabul rayonunda yük avtomobili ilə minik maşının toqquşması nəticəsində ölənlərin və yaralananların kimliyi məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, qəza nəticəsində Rizav Əlizadə, Samayə Əliyeva və Xatirə Əliyeva ölüblər. 

Müşviq Əliyev, Əliqardaş Əlizadə, Nərmin Əlizadə və Ömər Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ölənlər və yaralananlar bir-birinə qohumdurlar.

Məlumata görə, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil "KamAZ" markalı yük avtomobilinin arxasına çırpılıb. Ölənlərdən ikisi hadisə yerində, biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanaya yerləşdirilən yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi