Hacıqabulda ağır yol qəzasında yaralanan qadınların adı məlum olub - YENİLƏNİB

Hacıqabulda ağır yol qəzasında yaralanan qadınların adı məlum olub - YENİLƏNİB Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər
Hadisə
21 Avqust , 2017 11:58
Hacıqabulda ağır yol qəzasında yaralanan qadınların adı məlum olub - YENİLƏNİB
Report

Hacıqabul. 21 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alan iki qadının adı məlum olub. 

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Qarasu kəndi ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə Ağdam rayon sakini Nahidə Həsənova və Bakı şəhər sakini Sima Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralılardan S.Həsənovanın vəziyyəti ağırdır.


***11:02

Hacıqabul. 21 avqust. REPORT.AZ/ Hacıqabulda 2 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi