Hacıqabulda toyda dava düşüb, bir nəfər ağır xəsarət alıb

Hacıqabulda toyda dava düşüb, bir nəfər ağır xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
1 May , 2017 09:11
Hacıqabulda toyda dava düşüb, bir nəfər ağır xəsarət alıb

Hacıqabul. 1 may. REPORT.AZ/ Hacıqabulda toyda baş verən kütləvi davada 1 nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Udulu kəndində qeydə alınıb.

Udulu kəndində toy mərasimində iştirak edən Tağılı kənd sakini, 29 yaşlı Nemət Soltanağa oğlu Soltanov dava zamanı ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi