Hacıqabulda toy məclisinə görə 2 nəfər cərimələndi

Hacıqabulda toy məclisinə görə 2 nəfər cərimələndi Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Hadisə
12 Aprel , 2021 10:49
Hacıqabulda toy məclisinə görə 2 nəfər cərimələndi
0 : 00
0 : 00

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Qarasu kəndində keçirdiyi tədbirlər nəticəsində öz evinin həyətində toy məclisi təşkil etmək istəyən şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi