Hacıqabulda şirkətdən oğurluq edən şəxs tutulub

Hacıqabulda şirkətdən oğurluq edən şəxs tutulub
Hadisə
28 May , 2018 13:29
Hacıqabulda şirkətdən oğurluq edən şəxs tutulub

Hacıqabul. 28 may. REPORT.AZ/ Hacıqabulda oğurluq edən şəxsdən narkotik götürülüb.

Bunu "Report"un Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional Qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli bildirib.

Belə ki, mayın 25-də Hacıqabul Rayon Polis Şöbəsinə rayonun Ağacanlı kəndində yerləşən “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin ərazisinə qanunsuz daxil olaraq oradan transformatorların içərisindən ümumi dəyəri 4000 manat olan 160 kvadratmetr alüminium tərkibli sarğıların oğurlanması barədə məlumat daxil olub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Sahib Ələkbərov saxlanılıb.

S.Ələkbərov şübhəli şəxs qismində saxlanılarkən onun üzərindən 0,434 qram heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq S.Ələkbərovun yaşadığı evdə və həyətyani sahəsində axtarış aparılıb. Nəticədə həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, ümumi çəkisi 95 qram olan qurudulmuş marixuana, yaşadığı evdən isə 186 ədəd çətənə bitkisinin toxumları eləcə də oğurladığı alüminium tərkibli sarğılar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi