Hacıqabulda restoranların birində ölüm hadisəsi qeydə alınıb

Hacıqabulda restoranların birində ölüm hadisəsi qeydə alınıb Digər bir nəfər isə vəziyyəti kəskin ağırlaşdığından Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
Hadisə
7 Yanvar , 2016 19:21
Hacıqabulda restoranların birində ölüm hadisəsi qeydə alınıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Hacıqabulda restoranların birində ölüm hadisəsi qeydə alınıb. "Report" xəbər verir ki, hadisə bu gün Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində fəaliyyət göstərən "Nur" restoranında baş verib. 

Belə ki, restoranda olan Bakı şəhəri, Sahil qəsəbəsinin sakini, 34 yaşlı Rüfət Əliyar oğlu Əsədullayev qəfildən dünyasını dəyişib və onun yoldaşı əslən Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan, hazırda Sahil qəsəbəsində yaşayan, 40 yaşlı Xanmurad Rəşid oğlu Nüsrətovun vəziyyəti isə kəskin ağırlaşıb. Təcili tibbi yardım maşını ilə ölən şəxsin meyiti Şirvandakı morqa, vəziyyəti ağır olan xəstə isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi