Hacıqabulda restoran inzibatçısı cəzalandırılıb

Hacıqabulda restoran inzibatçısı cəzalandırılıb Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan nişan mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Hadisə
31 Oktyabr , 2021 09:29
Hacıqabulda restoran inzibatçısı cəzalandırılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan nişan mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Qədir-Xum” restoranında təşkil edilən nişan mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan restoranın inzibatçısı Rüfət Ağaliyev barəsində inzibati protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi