Hacıqabulda qəza: sürücü öldü, oğlu xəsarət aldı

Hacıqabulda qəza: sürücü öldü, oğlu xəsarət aldı Hacıqabul rayonunun Qubalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
367
4 İyul , 2020 12:36
Hacıqabulda qəza: sürücü öldü, oğlu xəsarət aldı

Hacıqabul rayonunun Qubalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə iyulun 3-də baş verib.

Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov xəstəxanaya yerləşdirilib.

Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi