Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
Hadisə
- 16 dekabr, 2021
- 04:57
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Xəyyam Hüseynov, Fərhad və Ağabala Musayevlər saxlanılıblar.
Onlardan 2 ədəd ov silahı, həmin silahlara aid 3 ədəd patron, 2 ədəd patron qatarı, ov üçün müxtəlif vasitələr və qanunsuz olaraq ovlanmış 8 ədəd dovşan aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Son xəbərlər
06:14
Cənubi Koreya, ABŞ və Yaponiya "Freedom Edge" hərbi təlimi keçirir
Digər ölkələr05:35
İran ABŞ-nin təyyarədaşıyan gəmisi üzərində yeni raketi sınaqdan keçirib
Region05:08
İngiltərədə etirazçılarla polis arasında miqrantlarla bağlı toqquşmalar baş verib
Digər ölkələr04:46
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib
Digər ölkələr04:18
İran XİN ABŞ-ni Hörmüz boğazında gəmiçiliyi pozmaqda ittiham edib
Region03:52
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
Digər ölkələr03:20
"Reuters": AfD Saksoniya-Anhalt əyalət parlament seçkilərində liderlik edir
Digər ölkələr02:39
ABŞ-də təyyarə uçuş zolağından çıxıb, ölənlər və xəsarət alanlar var
Digər ölkələr02:13