Hacıqabulda qadın sürücü avtomobilini aşırıb, xəsarət alan var - VİDEO

Hacıqabulda qadın sürücü avtomobilini aşırıb, xəsarət alan var - VİDEO Kürdəmir. 17 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.
Hadisə
17 Avqust , 2018 15:40
Hacıqabulda qadın sürücü avtomobilini aşırıb, xəsarət alan var - VİDEO

Kürdəmir. 17 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Aynur İsa qızı Xəlilovanın idarə etdiyi 99 LA 877 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi