Hacıqabulda ölümlə nəticələnən yanğınla bağlı rəsmi məlumat yayılıb

Hacıqabulda ölümlə nəticələnən yanğınla bağlı rəsmi məlumat yayılıb Yanğınsöndürənlər ev sahibi Asif Kazımovun meyitini aşkar ediblər
Hadisə
10 Mart , 2015 23:02
Hacıqabulda ölümlə nəticələnən yanğınla bağlı rəsmi məlumat yayılıb

Bakı. 10 mart. REPORT.AZ/ Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otaq və mətbəxinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

"Report"un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğinin kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi