Hacıqabulda narkotik vasitənin satışı ilə məşğul olan şəxslər saxlanılıb

Hacıqabulda narkotik vasitənin satışı ilə məşğul olan şəxslər saxlanılıb Salyan. 16 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda narkotik vasitə olan “spays”ın satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Hadisə
17 Avqust , 2018 13:35
Hacıqabulda narkotik vasitənin satışı ilə məşğul olan şəxslər saxlanılıb

Salyan. 16 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda narkotik vasitə olan “spays”ın satışı ilə məşğul olan şəxslər saxlanılıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nəvahi kənd sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş 1963-cü il təvəllüdlü Hüseynov Fərman Cəfər oğlu həmkəndlisi, 1964-cü il təvəllüdlü Tağıyev Rasim Allahverdi oğluna 0,67 qram “spays” adlanan xüsusi təhlükəli narkotik vasitəni satarkən saxlanılıb. Birincinin üstünə baxış keçirilən zaman ondan 0,79 qram narkotik vasitə olan “spays” aşkarlanıb. 

Qeyd edək ki, "spays”ı qəbul edən şəxslərin psixikasında ağır fəsadlar baş verir, narkotik vasitənin uzun müddət qəbulu insanda intihara meyillilik yaradır.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi