Hacıqabulda narkotik vasitənin satışı ilə məşğul olan şəxs saxlanılıb

Hacıqabulda narkotik vasitənin satışı ilə məşğul olan şəxs saxlanılıb Hacıqabul rayonunda narkotik vasitənin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Hadisə
9 İyul , 2019 18:23
Hacıqabulda narkotik vasitənin satışı ilə məşğul olan şəxs saxlanılıb
Customs.gov.az

Hacıqabul rayonunda narkotik vasitənin satışı ilə məşğul olan şəxs saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi, 140 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Həsənov Adəm Ağaisa oğlu qanunsuz olaraq əldə etdiyi 17 ədəd bükümdə, ümumi çəkisi 0,554 qram narkotik vasitə - heroini üzərində gəzdirdiyi üçün Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilən əməliyyat tədbirləri çərçivəsində məlum olub ki, A.Həsənov narkotik vasitəni Hacıqabul şəhər sakini, H.Aslanov küçəsi, 3 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Vəkilov Rafael Yusif oğlundan 30 manata alıb. Sonuncunun üzərində axtarış aparılan zaman ondan 0,239 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

A.Həsənov barəsində Cinayət Məcəlləsinin 234.1-ci, R.Vəkilov barəsində isə 234.2-ci maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırma davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi