Hacıqabulda minik maşını aşıb, 2 nəfər xəsarət alıb

Hacıqabulda minik maşını aşıb, 2 nəfər xəsarət alıb Hacıqabul. 4 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 Oktyabr , 2018 01:03
Hacıqabulda minik maşını aşıb, 2 nəfər xəsarət alıb
Report

Hacıqabul. 4 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, "VAZ-21015" markalı avtomobil gecə saatlarında Bakı-Qazax magistralının 135-ci kilometrliyində, yolun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində beton maneəyə çırpılaraq yoldan çıxıb və aşıb.

Nəticədə avtomobildə olan 2 nəfər - 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hümbətov Pərviz Akif oğlu və 1992-ci il təvəllüdlü Şirvan sakini Bünyatov Kənan Füzuli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi