Hacıqabulda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb

Hacıqabulda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb Hadisə Bakı-Qazax yolunun rayonun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb
Hadisə
30 Sentyabr , 2017 07:59
Hacıqabulda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb
Report

Hacıqabul. 30 sentyabr. REPORT.AZ/ Hacıqabulda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Rəncbər kənd sakini, 55 yaşlı Mübariz Hacıbala oğlu İbrahimov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən “Ford Tarnzit” markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “Mercedes”in sürücüsü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi